Topaz Premyer Liqasının autsayderi "Zirə" daha bir futbolçusu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Vüsal İsgəndərli yola salınıb.

Topaz Premyer Liqasının autsayderi "Zirə" daha bir futbolçusu ilə yollarını ayırıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Vüsal İsgəndərli yola salınıb.

23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun "Keşlə" ilə anlaşması gözlənilir.

Qeyd edək ki, bu, "Zirə"də 3-cü ayrılıq olub. Vüsala qədər qapıçı Anar Nəzirov və müdafiəçi Adil Nağıyev başqa kluba keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest