Futbol üzrə İtaliya B Seriyasında mövsüm may ayına qədər dayandırılıb.
 
Matc.az xəbər verir ki, buna çempionatda iştirak edən klublarda koronavirusa yoluxma hallarının çoxalması səbəb olub.
 
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. çempionata mayın 1-nə qədər fasilə verilib.
 
B Seriyasında 34 turdan sonra "Empoli" klubu 66 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest