Almaniya yığmasının 2018-ci ildə ən yaxşı futbolçusu ilə bağlı sorğu aparılıb. Matç.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər arasında aparılan səsvermənin qalibi yarımmüdafiəçi Marko Roys olub.

Dortmund "Borussiya"sının üzvü 89 min 928 səs toplayaraq (33,9%), ilin ən yaxşı milli oyunçusu seçilib. Onu Yozua Kimmix ("Bavariya" - 31%) və Leroy Sane ("Mançester Siti" - 10,3%) izləyib.

Qeyd edək ki, Roys ötən il Bundestimin heyətində 8 matçda iştirak edib. 29 yaşlı hücumameyilli oyunçu dünya çempionatında İsveçlə görüşdə qol və məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest