"River Pleyt"in yarımmüdafiəçisi Ezekyel Palasios "Real"a keçməyə çox yaxındı. Matç.az saytı xəbər verir ki, bunu futbolçunun meneceri Renato Korsi də təsdiqləyib.

O bildirib ki, yaxın günlərdə bu transfer reallaşa bilər. Klub rəsmiləri Abu-Dabidə bir araya gəlib, keçidin detallarını müzakirə edib. Argentina millisinin üzvü və ailəsi İspaniyaya yayda köçmək niyyətindədi. "Kral klubu" da onu indidən transfer edib, yaya qədər "River Pleyt"ə icarəyə verməyin əleyhinə deyil. Gələn həftə transferin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, 20 yaşlı Palasios son mövsümdə 9 matçda iştirak edib, 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest