Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, yığmamız Millətlər Liqasında 3-cü sınağına çıxacaq.

Avropanın ən zəiflərinin yer aldığı D liqasında mübarizə aparan komandamız Farer adaları ilə görüşəcək. 3-cü qrupda çıxış edən Qurban Qurbanovun yetirmələri şimallılarla səfərdə üz-üzə gələcək.

I dövrənin son oyunu komandamızın 2-ci səfər sınağıdı. ötən ay Maltada qollu heç-heçəyə (1:1) nail olan yığmamız bu dəfə rəqib meydanında qələbə ilə dönməyə köklənib. Qrup qalibi olmağa iddialı millimiz ardıcıl 2 heç-heçədən sonra qələbə hesabını da açmalıdı.

Qrupun əsas favoriti Kosovonu Bakıda yenə bilmədikdən sonra şansları və 1-ci yer perspektivi azalan Qurbanovun komandası ilk iki turdakı itkiləri Torshavndakı qələbə ilə sığortalamalıdı. 3 xal hazırda üçüncü sırada olan millimizin ən azı 1 pillə irəliləməsinə, Maltanın Kosovonu büdrədəcəyi halda isə liderliyə yüksəlməsinə yetərli də ola bilər.

Əslində, qarşıda üç matç qaldığı üçün heç-heçə də şansları sıfıra endirməyəcək. çünki ikinci dövrədə ikisi evdə olmaqla 3 oyun da olacaq. Amma işini çətinə salmamaq, digərlərindən asılı vəziyyətə düşməmək üçün qələbə zəruridi. Lakin bunun üçün qrupda ən az qol vuran komanda olan yığmamızın ön xətdəki problemləri həll etməsi vacibdi.

Şimallılar isə ilk iki oyunda qrupun ən məhsuldar komandasıdı. Bütün qolları evdə vuran Farer adaları doğma divarlar arasında növbəti uğuru üçün mübarizə aparacaq. çünki tarixinin ən yaxşı dövrlərindən birini yaşayan ada təmsilçisi də qrup qalibi olmaq iddiasındadı.

Məğlubiyyət isə böyük ölçüdə 1-ci yer xəyalının üstündən xətt çəkəcək. Komanda səfərdən xalsız dönsə, son üç görüşdə mütləq qalib gəlməli, rəqiblərin duellərində münasib nəticələrə ümid etməlidi.

Qeyd edək ki, Torshavn şəhərinin "Torsvallur" stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Millətlər Liqası
D liqası, 3-cü qrup
III tur, 11 oktyabr

22:45. Farer adaları – Azərbaycan
Torshavn. "Torsvollur" stadionu. Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko, Sergey Lapoçkin, Mixail Vilkov (hamısı Rusiya)

1

Kosovo

2

1

1

0

2-0

4

2

Farer adaları

2

1

0

1

3-3

3

3

Azərbaycan

2

0

2

0

1-1

2

4

Malta

2

0

1

1

2-4

1

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest