"Real" yarımmüdafiəçisi Luka Modriçlə vidalaşmaq fikrindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı orta sahə oyunçusunun oyunundakı geriləmə rəhbərliyin qərarına təsir göstərib.

"Qızıl top"un son qalibinin zəif çıxışını klub prezidenti Florentino Peres yaşı ilə əlaqələndirib. Bu səbəbdən o, yayda 33 yaşlı oyunçunu satmağı planlaşdırır. "Kral klubu"nun Modriçə yeni müqavilə təklif etməməsi də məhz bununla bağlıdı.

Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest