"Arsenal" topa daha yaxşı nəzarət edirdi, amma müdafiədə həqiqətən güclü idik. Heç-heçə ilə yekunlaşan son bir neçə görüşdə qalib gəlməyi haqq edirdik"

"Yaxşı nəticədir. Vacib qələbə qazandıq. Yenə də turnir cədvəlinin üst pillələrinə yaxınlaşırıq". Matc.az xəbər verir ki, bunu "Everton"un baş məşqçisi Karlo Ançelotti deyib. O, İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə "Arsenal" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra bildirib ki, komandası müdafiədə çox yaxşı oynadı: "Bu qələbə növbəti oyunlarda bizə inam qazandıracaq. Müdafiədə yaxşı oynadıq, xoşbəxtəm. Əslində, heç-heçə olmalı idi. "Arsenal" topa daha yaxşı nəzarət edirdi, amma müdafiədə həqiqətən güclü idik. Heç-heçə ilə yekunlaşan son bir neçə görüşdə qalib gəlməyi haqq edirdik. "Topçular"la son 25 ildə qazandığı ilk qələbə azarkeşlərimiz üçün əla hədiyyədir. Premyer Liqada qələbəsiz beş oyundan sonra bu gün 3 xal qazanmaq vacib idi. Avropa kubokları uğrunda mübarizə son tura qədər davam edəcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest