İngiltərənin "Mançester Siti" klubu yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Fluminense"dən Kaukunu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Mançester Siti" braziliyalı futbolçu üçün 12 milyon avro ödəyib. Kauku 2022-ci ilin yanvarında yeni komandasına qoşulacaq. "Mançester Siti" hücumçunun növbəti satışından "Fluminense"yə 5 faizlik pay verəcək.
 
Bu mövsüm "Fluminense" ilə 9 oyuna çıxan Kauku, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest