London klubu bununla öz antirekordunu təkrarlayıb. "Topçular" sonuncu dəfə belə aqibətlə 29 il əvvəl - 1992/93 mövsümündə 7 ev oyunundan xalsız ayrılmışdı. Hansı ki, həmin mövsümdən etibarən İngiltərə çempionatı Premyer Liqa adlandırılmağa başlamışdı.

Futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümündə uğursuz çıxışı ilə seçilən "Arsenal" son olaraq ötən gecə doğma meydanda "Everton"a 0:1 hesabıyla uduzub.
 
Matc.az xəbər verir ki, London klubu bu mövsüm Premyer Liqa çərçivəsində 7-ci dəfə doğma meydanda məğlub olub.
 
London klubu bununla öz antirekordunu təkrarlayıb. "Topçular" sonuncu dəfə belə aqibətlə 29 il əvvəl - 1992/93 mövsümündə 7 ev oyunundan xalsız ayrılmışdı. Hansı ki, həmin mövsümdən etibarən İngiltərə çempionatı Premyer Liqa adlandırılmağa başlamışdı.
 
"Arsenal" bu mövsüm bütün turnirləri də nəzərə alsaq, 9-cu ev məğlubiyyətinə üzülüb. Bu isə 91 il əvvəlki antirekordun təkrarı hesab olunur. London təmsilçisi 1929/30 mövsümündə də 9 ev oyununda məğlub olmuşdu. Bu mövsüm daha bir ev oyununda uduzacağı halda, "Arsenal" tarixinin ən bərbad göstəricisinə imza atacaq. 
 
Qeyd edək ki, "Arsenal" bu mövsüm Premyer Liqada keçirdiyi 33 oyunda 46 xal toplaya bilib və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Cəmi 13 qələbə qazanmış komanda 7 dəfə heç-heçəyə razılaşıbsa, 13 oyundan da məğlubiyyətlə ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest