Gənclər və İdman Nazirliyi boks yığmamızın üzvü Lorentso Sotomayorun sosial şəbəkədə davranışına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova matc.az saytına bildirib ki, tanınmış idmançının əlinə spirtli içki alıb, onu nümayiş etdirməsi xoşagələn hal deyil: "Heç qəbulolunan hal da deyil".

Məmmədova qeyd edib ki, idmançılar gənc nəsilə örnək olmalıdı: "Gənclər idmançılara baxıb, onlara bənzəmək istəyirlər. Nəzərə alsaq ki, tanınmış idmançı əlinə spirtli içki alıb, onu nümayiş etdirirsə, bu xoşagəlməz haldı. Düşünürük ki, federasiya rəhbərliyi Sotomayorun hərəkəti ilə bağlı mütləq şəkildə fikrini bildirəcək və gələcəkdə bu halın təkrarlanmaması üçün müəyyən addımlar atacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest