"Hər şey beyinlə bağlıdır. Fiziki olaraq özümü yaxşı hiss etdiyim müddətdə oynamağa davam edəcəm. Gənclərin böyüdüyünü, onların inkişaf etdiyini görmək məni ruhlandırır. Bir çox futbolçunun ilk günündən bəri inkişafını yaxından görmüşəm"

"Milan"la müqaviləsini yeniləyən Zlatan İbrahimoviç açıqlama verib.
 
Matc.az xəbər verir ki, klubun telekanalına danışan 39 yaşlı hücumçu, yaşın futbolda önəmli olmadığını deyib:
 
"Yaşıma görə mənə şübhə ilə yanaşırdılar. Lakin sübut etdim ki, yaşın önəmi yoxdur. Hər şey beyinlə bağlıdır. Fiziki olaraq özümü yaxşı hiss etdiyim müddətdə oynamağa davam edəcəm.
 
Gənclərin böyüdüyünü, onların inkişaf etdiyini görmək məni ruhlandırır. Bir çox futbolçunun ilk günündən bəri inkişafını yaxından görmüşəm".
 
"Milan"la müqaviləsini 2022-ci ilin yayına qədər uzadan İbrahimoviç, bu mövsüm 25 oyunda 17 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest