Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlıqları davam etdirən "Zirə" heyətdə də təmizləmə işləri görür. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi daha bir futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Klubdan verilən açıqlamada bildirilib ki, qapıçı Anar Nəzirovla müqavilə qarşılıqlı razılıq əsasında sonlandırılıb.

Qeyd edək ki, Adil Nağıyev və Vüsal İskəndərli də ilk dövrə başa çatan kimi klubu tərk etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest