İdmançılar əvvəlcə dövlət sarayında prezidentin qəbulunda olublar, daha sonra isə Gənclər, İdman və Vətəndaş Hərəkatı nazirindən mükafatlarını alıblar.

"Qarabağ"ın futbolçusu Donald Gerye ölkəsində dövlət mükafatına layiq görülüb. Matç.az saytının məlumatına görə, bu barətə "haititempo" xəbər yayıb.

Bildirilib ki, ölkə başçısının tapşırığı ilə Donald Gerye, Matteo Filip Kouls və Redondo El Prinsip Riçard Haitini dünyada yaxşı təmsil etdikləri üçün təltif ediliblər.

İdmançılar əvvəlcə dövlət sarayında prezidentin qəbulunda olublar, daha sonra isə Gənclər, İdman və Vətəndaş Hərəkatı nazirindən mükafatlarını alıblar.

Qeyd edək ki, 2017-ci ildən "Qarabağ"da çıxış edən Gerye komanda ilə çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest