Joze Mouriyonun gedişindən sonra yeni baş məşqçinin rəhbərliyi altında ardıcıl 5 oyunda qələbə qazanan "Mançester Yunayted"in Premyer Liqadakı növbəti sınağı "Tottenhem"ə qarşı olacaq.

"Qırmızı şeytanlar"ın yeni çalışdırıcısı Ula Qunnar Sulşer bu görüşlə bağlı fikirlərini bölüşüb. "SKY Sports"a danışan norveçli bildirib ki, əsas gücləri bu qarşılaşmada ortaya çıxacaq: "Uembli"dəki səfər oyunu əsl sınaq olacaq. Hansı səviyyədə olduğumuzu bu qarşılaşmada biləcəyik. Top-komandalara qarşı oyun mənə daha dəqiq informasiya verəcək. Biz 4, 5 və ya 6-cı yerlər haqqında danışmağı sevmirik, çalışırıq ki, mümkün qədər yüksək pillələrdə qərarlaşaq".

Qeyd edək ki, sözügedən oyun yanvarın 13-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest