"Liverpul" ciddi problemlə üzləşib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, vitse-kapitan Ceyms Milner sıradan çıxıb.

 

Premyer Liqanın VIII turunda "Mançester Siti" ilə qarşılaşmada xəsarət alan yarımmüdafiəçi tibbi müayinədən keçib. Nəticədə əzələsində problem aşkarlanan oyunçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

 

Qeyd edək ki, Milner 0:0 hesabı ilə başa çatan "Liverpul" – "Mançester Siti" görüşünün 29-cu dəqiqəsində Nabi Keyta ilə əvəzlənmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest