"Beşiktaş" heyətini gücləndirib. Matç.az saytının məlumatına görə, "qara qartallar" PSV-dən Nikolas İsimat-Mirinin transferini tamamlayıb.

Futbolçu ilə 3.5 illik müqavilə imzalanıb. Bu keçid qarşılığında İstanbul təmsilçisi PSV-yə 300 min avro ödəyəcək.

Oyunçu özü isə yarım illik 600 min, növbəti hər il üçün isə artan silsilə ilə 1.250.000, 1.275.000 və 1.300.000 qazanacaq.

Qeyd edək ki, 27 yaşlı fransız futbolçu 2015-ci ildən Hollandiya klubunda çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest