"Qalatasaray" daha bir futbolçusu ilə vidalaşıb. Matç.az saytının məlumatına görə, "sarı-qırmızılar" Qari Rodrigezi satıb.

Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna transfer edilib. Keçid qarşılığında "cimbom" 10 milyon 250 min dollar qazanacaq.

Şərtə görə bu məbləğin 20%-i futbolçunun keçmiş klubu PAOK-a ödəniləcək. Əgər ərəblər Rodrigezi 10 milyon dollar və ya üzəri bir məbləğə satsalar, öz növbəsində burdan "Qalatasaray"a 20%-lik pay düşəcək.

"Qalatasaray"da ümumilikdə 78 oyun keçirmiş Rodrigez 16 qol vurub və 16 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Superliqanın son çempionu bundan öncə Sərdar Aziz və Ərən Dərdiyokla da yollarını ayırmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest