Bolqarıstanda 2018-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az xəbər verir ki, Sofiya MOİK-inin oyunçusu Kirill Despodov ölkəsinin ən yaxşısı seçilib.

Səsvermədə 159 xal toplayan Despodov "Slaviya"nın üzvü Georgi Petkovu az fərqlə qabaqlayıb. Sonuncu 151, "Botev"in futbolçusu Todor Nedelev isə 149 xal toplayıb.

ümumiyyətlə isə respondentlər 15 oyunçunun adını çəkib. "Qarabağ"ın heyətində çıxış edən Bolqarıstan yığmasının futbolçusu Simeon Slavçevə səs verən olmayıb və "15-lik"də yer almayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest