Futbol üzrə ABŞ birinci liqasında yeni mövsümə start verilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "San Dieqo Loyal" ilə qarşılaşıb. Oyun "Finiks Rayzinq"in 4:1 hesablı qələbəsiylə başa çatıb.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu fərqlənməyi bacarmayıb və 86-cı dəqiqədə əvəzlənib.
 
3 xal toplayan "Finiks Rayzinq" hazırda birinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest