Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
"Brayton" doğma meydanda "Lids" üzərində inamlı qələbə sevinib. "Everton" isə "Aston Villa" ilə matçdan məğlub ayrılıb.
 
"çelsi" bu dəfə evdə "Fulhem"lə qarşılaşıb. London təmsilçisi də turu inamlı qələbə ilə başa vurub.
 
Lider "Mançester Siti" bu turda "Kristal Pelas" səfərinə yollanıb. Növbəti qələbəsini rəsmiləşdirən "şəhərlilər"in çempionluğu elə bu tur rəsmiləşə bilər.
 
İngiltərə Premyer Liqası
34-cü tur
30 aprel
 
Sauthempton – Lester Siti 1:1
Qol: Uord-Prauz, 61 – Evans, 68.
 
1 may
 
Kristal Pelas – Mançester Siti 0:2
Qol: Aquero, 57. Torres, 59.
 
Brayton – Lids 2:0
Qol: Qross, 14. Uelbek, 79.
 
çelsi – Fulhem 2:0
Qol: Haverts, 10; 49.
 
Everton – Aston Villa 1:2
Qol: Kalvert, 19 – Uotkins, 13. El-Qazi, 80.
 
2 may
 
17:00 Nyukasl – Arsenal
19:30 Mançester Yunayted – Liverpul
22:15 Tottenhem – Şeffild Yunayted
 
3 may
 
21:00 Vest Bromviç – Vulverhempton
23:15 Bernli – Vest Hem

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest