İtaliyanın "Yuventus" klubu A Seriyasında çempionluq şansını itirib.
 
Matc.az xəbər verir ki, 5-ci sırada yer alan turinlilərin "İnter"in 34-cü turda "Krotone"ni məğlub etməsiylə, çempionluq şansı qalmayıb.
 
Turnir cədvəlinin 3-cü sırasında yer alan "Atalanta" bu gün "Sassuolo" ilə matçda xal itirsə, "İnter" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
 
"İnter" hazırda 82 xalla liderdir. "Milan" 69 xalla 2-ci, bir oyun az keçirən "Atalanta" isə 68 xalla 3-cüdür. Son çempion "Yuventus"un aktivində isə 66 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest