Futbol üzrə Azərbaycan I Divizionunda XXIV tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub. 
 
"Keşlə"nin əvəzediciləri MOİK üzərində qələbə qazanıb. 
 
Altı qolun qeydə alındığı "Qaradağ Lökbatan"la "Sabah"ın ikinci komandası arasındakı oyunda da meydan sahibləri qalib gəliblər. 
 
"Turan Tovuz" isə lider "Neftçi" ilə dueldən məğlub ayrılıb.
 
I Divizion
XXIV tur
1 may
 
Kəpəz – Qarabağ-2 0:0
Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Teymur Teymurov, Nicat İsmayıllı
Gəncə şəhər stadionu, 16:00.
 
Sumqayıt-2 – Zaqatala 1:1
Qol: Rüfət Abdullazadə, 22 – Aleksandr Şemonayev, 90+3-pen.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Tərlan Talıbzadə, Fərid Hacıyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00.
 
2 may
 
Keşlə-2 – MOİK 2:1
Qol: Ruslan Əmircanov, 54. Xəzər Mahmudov, 84 – İlkin Mikayılov, 44.
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Bakı. "ASK Arena", 16:00.
 
Qaradağ Lökbatan – Sabah-2 4:2
Qol: Fərid Mahmudov, 6. Orxan Əliyev, 58. Elnur Cəfərov, 64. Sabir Allahquliyev, 68 – Ceyhun Nuriyev, 76. Fərid Kərimzadə, 90+5.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
 
Turan Tovuz – Neftçi-2 0:2
Qol: Asim Əlizadə, 46. İsmayıl Zülfüqarlı, 82.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 16:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest