"Qəbələ"nin Dodonu qaytarmaq arzusu baş tutmaya bilər. Braziliyalı yarımmüdafiəçinin karyerasını Latviyada davam etdirmək ehtimalı yaranıb.

"Qəbələ"nin Dodonu qaytarmaq arzusu baş tutmaya bilər. Matç.az saytının Latviya mətbuatına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçinin karyerasını bu ölkədə davam etdirmək ehtimalı yaranıb.

Belə ki, "Liepaya" 31 yaşlı oyunçunun xidmətində maraqlıdı. Yanvarın 12-də təlim-məşq toplanışına yığışacaq "Liepaya" yeni mövsümün hazırlığına başlayacaq. Komanda fevralda toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Klub rəhbərliyi isə bu müddətdə heyətə yeni oyunçular cəlb etməyə çalışır. Maraqlıdı ki, "Liepaya"nın baxışa dəvət etdiyi oyunçular arasında Dodo da var. Onun gələn ay Türkiyə toplanışına qoşulması gözlənilir.

Qeyd edək ki, tam adı Luis Paulo Hilario olan yarımmüdafiəçini "Qəbələ" də baxışa dəvət edib. 2011-2016-cı illərdə "Qəbələ"nin şərəfini qorumuş Dodo 6 aydı klubsuzdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest