"Kaysar"ın futbolçusu Con Kamara karyerasını Azərbaycanda davam etdirəcək. Matç.az xəbər verir ki, bu barədə Qazaxıstanın sports.kz saytı məlumat yayıb.

Bildirilir ki, son iki mövsümü "Kaysar"da keçirən Syerra-Leone millisinin üzvü bundan sonra "Keşlə"nin formasını geyinəcək. Həmkarlarımız futbolçunun menecerinin "Keşlə" rəhbərliyi ilə görüşdüyünü və tərəflər arasında hərtərəfli razılıq əldə edildiyini yazıblar. 30 yaşlı oyunçu Azərbaycan kubokunun son qalibi ilə 6 aylıq müqavilə bağlamağa razılıq verib.

Qeyd edək ki, Con Kamara Qazaxıstan Premyer Liqasında 53 oyun keçirib, 1 qola imza atıb. Transfer dəyəri 400 min avro kimi göstərilən oyunçu 2013-cü ildən bəri Syerra-Leone yığmasının heyətində 9 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest