29 yaşlı qolkiper öncədən də nəzərdə tutulduğu kimi, 1,5 illik müqavilə imzalayıb. O, köhnə-yeni komandasında 30 nömrəli formanı geyinəcək.

"Neftçi" daha bir transferi rəsmiləşdirib. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

"Qəbələ" ilə yenicə yollarını ayıran Aqil Məmmədov paytaxt klubuna dönüb. 29 yaşlı qolkiper öncədən də nəzərdə tutulduğu kimi, 1,5 illik müqavilə imzalayıb. O, köhnə-yeni komandasında 30 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, indiyə qədər "Bakı", AZAL və "Qəbələ"də çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi"nin qapısını qoruyub. O, Azərbaycanın əsas və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest