"Namizədlərlə bağlı hələlik hər hansı bir açıqlamamız yoxdu". Bunu matç.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Ukrayna mətbuatında serbiyalı mütəxəssis Slavolyub Musilinin Azərbaycan millisinin baş məşqçi postuna namizəd olduğu yazılıb. Serbiya yığmasının sabiq çalışdırıcısının yığmamızın "sükanı arxası"na keçmək ehtimalının olduğu vurğulanıb.

Ancaq AFFA rəsmisi namizədlərlə bağlı məsələnin həssaslığını nəzərə alaraq, konkret fikir bildirməyib: "Kimisə nə təsdiq, nə də təkzib edəcəyik. çünki siyahı genişdi. Ola bilər ki, bu gün kimisə təkzib edək, sabah onunla bağlı danışıq başlasın. Buna görə də mətbuatda adı yazılan heç bir məşqçinin namizədliyi məsələsinə indidən münasibət bildirmirik. Siyahı ilə bağlı konkret fikir formalaşdıqdan sonra nəsə demək olar".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest