Türkiyə millisinin futbolçusu Arda Turan növbəti dəfə qalmaqalda iştirak edib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Başakşəhər"in yarımmüdafiəçisi bu dəfə müğənni Berkayla dalaşıb.

Hadisə gecə klublarının birində baş verib. Belə ki, onların hər ikisi səhərə yaxın gecə klubunun qarşısında mübahisə edib. Ardından əlbəyaxa olan tanınmış şəxsləri Ardanın dostları aralayıb.

Yayılan məlumata görə, futbolçu yumruqla Berkayın burnunu sındırıb və müğənni dərhal xəstəxanaya gedib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest