Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi "Tambov" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Axmat"la qarşılaşıb. "Tambov" bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
 
"Tambov" bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 29 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Qeyd edək ki, bu komandanın elitanı tərk edəcəyi artıq dəqiqləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest