Belçika futbolunda böyük qalmaqal yaşanıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu gün səhər saatlarında yerli polis yüksək liqanın 10 klubuna basqın edib.

Həmin klubların adları açıqlanmasa da, aralarında "Anderlext", "Standard" və "Brügge"nin də olduğu bildirilir. Klubların bazalarında araşdırmalara başlanılıb və artıq bir neçə şəxs saxlanılıb. Onlar arasında ən diqqətçəkəni məşhur menecer Moqi Bayatdı. İran əsilli menecer dələduzluqda və çirkli pulların yuyulmasında günahlandırılır. Məhz onun başçılıq etdiyi dəstənin Belçika yüksək liqasında bəzi matçların nəticəsinə təsir etdiyi vurğulanıb.

Bayatla yanaşı, "Brügge"nin baş məşqçisi İvan Leko, "Anderlext"in sabiq idman direktoru Herman van Holsbek, hakimlər Sebastian Delferrye və Bart Vertenten də saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest