İspaniyanın "Barselona", "Real" və İtaliyanın "Yuventus" klubu Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yayıb.
 
Matc.az xəbər verir ki, hər üç klub rəsmi saytları vasitəsilə UEFA-nın Avropa Super Liqası layihəsi ilə bağlı etdiyi təzyiqlərə baxmayaraq, futbolda maliyyə vəziyyətinin yaxşılaşması üçün həll yolları axtaracaqlarını bildirib.
 
UEFA dünən Avropa Super Liqasında iştirak etmək istəyən 12 klubdan 9-u – "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Atletiko" (İspaniya), "Milan" və "İnter" (hər ikisi İtaliya) ilə bağlı qərarını açıqlayıb. Belə ki, klublara heç bir sanksiya tətbiq olunmayıb.
 
Lakin Avropa Super Liqası layihəsinə qoşulan klubların qarşısına müəyyən tələblər də qoyulub. Belə ki, layihədən çıxan 9 klub Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin, klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.
 
İspaniyanın "Real", "Barselona", İtaliyanın "Yuventus" klublarına isə layihəni tərk etmədikləri üçün intizam işi açılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest