AFFA İntizam Komitəsindən (İK) Premyer Liqanın 24-cü turunda "Neftçi" ilə oyundakı davranışa görə Təmkin Xəlilzadəyə verilən 4 oyunluq cəza 2 matça və 2 şərti oyun cəzası ilə əvəz edilib.

AFFA Apellyasiya Arbitraj Tribunalı klubların şikayətinə baxıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sabah" klubundan verilmiş apellyasiya şikayəti qismən təmin edilib. İntizam Komitəsindən (İK) Premyer Liqanın 24-cü turunda "Neftçi" ilə oyundakı davranışa görə Təmkin Xəlilzadəyə verilən 4 oyunluq cəza 2 matça və 2 şərti oyun cəzası ilə əvəz edilib.
 
Digər cəza və cərimələr qüvvədə saxlanılıb. Klubun məşqçisi Miloş Jevtiçlə bağlı qəbul olunan 5 oyunluq cəza və 4000 manat cərimə qüvvədə qalıb.
 
Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubundan verilmiş apellyasiya şikayətini təmin etməyib. AFFA İntizam Komitəsinin Samir Abasovla bağlı qəbul etdiyi qərara yenidən baxılması üçün İntizam Komitəsinə göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest