İngiltərə kubokunda 1/32 final mərhələsinin daha bir oyunu keçirilib. Matç.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri "Liverpul"la "Vulverhempton" sonuncuların meydanında üz-üzə gəlib.

Matçda hesabı meydan sahibləri açıb. Raul Ximenes 38-ci dəqiqədə fərqlənib.

Premyer Liqanın lideri 51-ci dəqiqədə Divok Oriqinin qolu ilə hesabda tarazlıq yaradıb. 4 dəqiqə sonra Ruben Neves yenidən meydan sahiblərini önə çıxarıb.

Bununla "Liverpul" kubokda mübarizəni dayandırıb. "Vulverhempton" isə 1/16 final mərhələsinin püşkatmasını gözləyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest