AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.

Futbol üzrə Niderland milli komandasının və İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Vircil van Deyk Aç-2020-ni buraxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə niderlandlı müdafiəçi "Liverpul" klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, zədədən sonrakı bərpa müddətinin son mərhələsində olduğunu bildirib. Deyk, bərpa müddətini tamamlamaq üçün Aç-2020-də oynamaqdan imtina edib.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest