Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən Premyer Liqa təmsilçiləri yoxlama görüşləri keçirəcəklər. Matç.az saytı xəbər verir ki, "Sumqayıt"la "Zirə" də bu ərəfədə üz-üzə gələcək.

Komandalar arasında qarşılaşmanın tarixi və başlama saatı da artıq bəllidi. Belə ki, tərəflər oktyabrın 13-də Sumqayıt şəhər stadionunun köməkçi meydançasında üz-üzə gələcək.

Oyunun start fiti 15:30-da səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest