"Neftçi" Premyer Liqanın sonuncu – 28-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la matçın hazırlığını başa vurub.
 
Matc.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə oyunöncəsi son məşqə çıxıb.
 
Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
 
Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" – "Qarabağ" oyununa saat 20:30-da "Dalğa Arena"da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest