İzmirdə baş tutan final matçının taleyini iki cavabsız qol həll edib. Rəqibini 2:0 hesabıyla məğlub edən "Beşiktaş" həm Türkiyə kubokunu qazanıb, həm də mövsümü "qızıl dubl"la başa vurub.

Futbol üzrə Türkiyə kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda bir neçə gün öncə Super Liqanın qalibi olmuş "Beşiktaş" "Antalyaspor"la qarşılaşıb.
 
İzmirdə baş tutan final matçının taleyini iki cavabsız qol həll edib. Rəqibini 2:0 hesabıyla məğlub edən "Beşiktaş" həm Türkiyə kubokunu qazanıb, həm də mövsümü "qızıl dubl"la başa vurub.
 
Qeyd edək ki, "Beşiktaş" Türkiyə kubokunda 16-cı dəfə oynadığı final matçından 10-cu dəfə qalib ayrıldı. Bununla da sözügedən komanda ən çox kubok qazanmış "Qalatasaray"ın (18 dəfə) əsas izləyicisinə çevrilib. üçüncü yerdə 9 dəfə qalib olmuş "Trabzonspor" qərarlaşıb. "Fənərbaxça"nın isə Türkiyə kubokunda 6 belə uğuru var.
 
Türkiyə kuboku
Final
18 may
 
Antalyaspor – Beşiktaş 0:2
Qol: Jozef, 3. Rosier, 30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest