Futbol üzrə İtaliya A Seriyasında 25-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, "Latsio" doğma meydanda "Torino" ilə qarşılaşıb.
 
Komandalar 90 dəqiqə ərzində fərqlənə bilməyiblər və meydanı hərəyə 1 xalla tərk ediblər.
 
Bu heç-heçədən sonra "Latsio" 68 xalla 6-cı pillədə qərarlaşıbsa, "Torino" 36 xalla 17-cidir.
 
Yeri gəlmişkən, bu nəticə ilə "Benevento"nun da A Seriyasını tərk edəcəyi dəqiqləşib. Sözügedən komanda hazırda 32 xalla 18-ci sırada qərarlaşıb. "Benevento" son turda məhz "Torino"nun qonağı olacaq. Amma Turin təmsilçisi bu oyunda uduzsa belə, 17-ci pillədə qalacaq. A Seriyasında son turun qarşılaşmaları 22-23 mayda keçiriləcək.
 
Xatırladaq ki, daha öncə 20 xalla 20-ci və 22 xalla 19-cu pillələrdə qərarlaşmış "Parma" ilə "Krotone"nin elitanı tərk edəcəyi dəqiqləşmişdi.
 
İtaliya A Seriyası
25-ci turun oyunu
18 may
 
Latsio – Torino 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest