Komanda yoldaşları ilə vidalaşan Quliyev Moskvaya yola düşüb. Onun bu gün "Spartak"la rəsmi müqavilə imzalayacağı gözlənilir. Bu keçid üçün moskvalılar qarşı tərəfə 1 milyon avro ödəyəcək.

"Spartak"a dönüşü gündəmdə olan Ayaz Quliyev "Rostov"dan ayrılıb. Matç.az "sports.ru"ya istinadən xəbər verir ki, azərbaycanlı oyunçu bir neçə saat əvvəl komandasının Antalyadakı düşərgəsini tərk edib.

Komanda yoldaşları ilə vidalaşan Quliyev Moskvaya yola düşüb. Onun bu gün "Spartak"la rəsmi müqavilə imzalayacağı gözlənilir.

Bu keçid üçün moskvalılar qarşı tərəfə 1 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Spartak"ın öz yetirməsi olan Ayaz müxtəlif vaxtlarda icarə əsasında "Anji" və "Rostov"da çıxış etdikdən sonra bu ilin əvvəlində daimi əsasla ikincilərin oyunçusu olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest