Fransesk Fabreqas Jerard Pike və Lionel Messi ilə ortaq olub. Matç.az saytının məlumatına görə, "çelsi"nin yarımmüdafiəçisi "Andorra"nın səhmlərindən bir qismini satın alıb.

İspaniya 5-ci divizionunda çıxış edən klubun sahibi Pike, digər səhmdarı isə Messi idi.

Yerli mətbuat iddia edir ki, ortaqlar "Barselona"nın əsas sponsorlarından biri olan "Rakuten"lə sponsorluq anlaşması imzalamağı düşünürlər.

Komandaya baş məşqçi kimi isə katalonların mərhum çalışdırıcısı Tito Vilanovanın oğlu Adrio Vilanova dəvət edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest