"Qəbələ" 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Matç.az saytının məlumatına görə, "qırmızı-qaralar" Bakıda təşkil olunan təlim-məşq toplanışının 3-cü gününü başa vurub.

Komanda günü iki məşqlə yekunlaşdırıb. Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq zamanı futbolçular toplu çalışmaları icra ediblər.

Günün ikinci yarısındakı məşq Biləcəri Futbol Mərkəzində gerçəkləşib.

Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi toplu məşqdən ibarət olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest