Dünya futbolunun ən xarizmatik ulduzlarından biri olan Zlatan İbrahimoviç zaman-zaman müxtəlif üsullarla gündəmə gəlməyə bacarıb. İsveçli ulduz bəzən vurduğu qollar, bəzən iddialı və tikanlı açıqlamaları, bəzən isə bədənindəki döymələri ilə daim medianın və fanatların diqqət mərkəzində olub.

Bədəninin müxtəlif nöqtələrində növbənöv döymələri olan isveçli hücumçu bəzən bu rəsmlərin mənaları haqqında açıqlamalar da verib.

Onlardan bəzilərini diqqətinizə çatdıraq.

 

Sol qabırğası üzərində qeyd olunan "Only god can judge me" (Yalnız tanrı məni mühakimə edə bilər)

Image result for zlatan only god can judge me

Məşhur repçi Tupak Şakurun treklərindən birinin adı olan ifadəni hələ gənc vaxtlarından bədəninə həkk etdirən İbrahimoviç bununla iddiasını və özgüvənini sərgiləyib.

 

Sağ kürəyində rəsm edilmiş qırmızı əjdaha da oyunçunun iddiasından xəbər verir.

Image result for zlatan red dragon

 

Zlatan bir zamanlar müvəqətti döymə ilə dünyada aclıqdan əziyyət çəkən 805 milyon insana diqqət cəlb etmək üçün beynəlxalq təşkilatların siyahısında olan 50 insanın adını bədəninə yazdırmışdı.

Image result for zlatan 50 names

 

Futbolçunun qollarında uşaqlarının, valideynlərinin və ailə üzvlərinin adları, doğum tarixləri qeyd edilib. İki qolunda oğulları Maksilimian və Vinsentin adları yer alıb.

Image result for zlatan vinicius tattoo

 

Sağ qolunun arxa əzələsində ərəbcə yazıda isə ailəsinin soyadı – İbrahimoviç əks olunub.

Related image

 

Zlatan sol çiynindəki "Abdullah" yazısını isə sosial şəbəkədəki profilindən "mənim üçün çox önəmli bir addır" deyərək açıqlamışdı.

Image result for zlatan abdullah

 

Bundan əlavə müxtəlif xəstəliklərə qarşı buddistlərin etdikləri dua da İbranın bədənində xüsusi yerə sahibdir.

Image result for zlatan buddhist tattoo

 

Futbolçunun sol kürəyindəki "Karp balığı" rəsmi isə onun "axına qarşı üzmə" adəti ilə səsləşir.

Image result for zlatan fish tattoo

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest