Ən yaxşı kişi futbolçu adına "Liverpul"lu Muhammed Salah yiyələnib.

Ötən ilin yekunlarına görə ən yaxşı gənc futbolçu isə "Real"ın müdafiəçisi Əşrəf Hakimi seçilib.

Afrika Futbol Federasiyaları 2018-ci ilin yekunları ilə bağlı tədbir keçirib. Matç.az saytının məlumatına görə, tədbirdə ötən ilin ən yaxşılarının da adına aydınlıq gəlib.

İlin ən yaxşı qadın futbol komandası adını Nigeriyanın qadınlardan ibarət yığması qazanıb.

Ən yaxşı kişi komandası isə Mavritaniya seçilib.

İlin ən yaxşı qadın futbolçusu CAR-lı Krestina Tembi Kgatlana olub.

Ən yaxşı kişi futbolçu adına "Liverpul"lu Muhammed Salah yiyələnib.

ötən ilin yekunlarına görə ən yaxşı gənc futbolçu isə "Real"ın müdafiəçisi Əşrəf Hakimi seçilib.

2018-ci ilin rəmzi yığması isə aşağıdakı kimi formalaşıb.

Qapıçı: Denis Onyanqo (Uqanda)

Müdafiəçilər: Serje Orier (Fil Dişi Sahili), Mehdi Benatia (Mərakeş), Erik Beyli (Fil Dişi Sahili), Kalidu Kulibali (Seneqal)

Yarımmüdafiəçilər: Nabil Keyta (Qvineya), Tomas Parte (Qana), Riyad Mahrez (Əlcəzair)

Hücumçular: Muhammed Salah (Misir), Pyer Emerik Obameyanq (Qabon), Sadio Mane (Seneqal)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest