Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunda qrup mərhələsində növbəti oyunlar keçirilib. Matç.az xəbər verir ki, ötən gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə D qrupunda ilk tura yekun vurulub. İraqla Vyetnam üz-üzə gəlib. Oyun ərəblərin 3:2 hesablı üstünlüyü ilə başa çatıb.

Bu nəticədən sonra aktivlərində 3 xal olan İran və İraq müvafiq olaraq bir və ikinci pilləyə yerləşiblər. Vyetnam və Yəmən isə xalsızdır.

Ardınca isə E qrupunda mübarizəyə start verilib. Səudiyyə Ərəbistanı Şimali Koreyanı darmadağın edib – 4:0.

Qeyd edək ki, Asiya Kubokunda bu gün daha 3 qarşılaşma keçiriləcək. Yaponiya Türkmənistan, özbəkistan Oman, Qatar isə Livanla üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest