Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Keşlə" qış fasiləsində ilk yoxlama oyununu keçirib. Matç.az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri I divizion təmsilçisi "Qaradaağ Lökbatan"ı sınağa çəkib.

Türk Hava Yolları Futbol Mərkəzində baş tutan görüş Premyer Liqa klubunun böyükhesablı qələbəsi ilə başa çatıb. 4 cavabsız qol vuran "Keşlə"nin heyətində yeni transfer Vüsal İsgəndərli də fərqlənib. Digər qollara Nikola Mitroviç, Andre Klennon və Seymur Əsədov imza atıblar.

Yoxlama oyunu

9 yanvar

"Keşlə" – "Qaradağ Lökbatan"  - 4:0

Qollar: Nikola Mitroviç, Seymur Əsədov, Vüsal İsgəndərli, Andre Klennon

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest