"Zirə" qış fasiləsində ikinci transferini reallaşdırıb. Matç.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, qapı xəttindəki boşluq doldurulub.

Əsas qapıçı və kapitan Anar Nəzirovu "Qəbələ"yə göndərən paytaxt klubu "Keşlə"dən yenicə ayrılan Orxan Sadıqlı ilə anlaşıb. 25 yaşlı qolkiper yeni komandası ilə 6 aylıq müqavilə bağlayıb. Mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən Orxan Sadıqlı "Xəzər Lənkəran"ın yetirməsidi.

Qeyd edək ki, "Zirə" Orxana qədər "Sumqayıt"dan Bəxtiyar Həsənalızadəni transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest