Fransa Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matç.az saytının məlumatına görə, son gündə 3 qarşılaşma baş tutub.

"Bordo"nu yeganə qol, "Monako"nu isə penaltilər seriyası növbəti mərhələyə daşıyıb. Ancaq PSJ gözlənilmədən mübarizəni dayandırıb. Paris klubu "Genqam"la görüşdə hesabda öndə olmasına baxmayaraq, son dəqiqələrdə 2 top buraxaraq, məğlubiyyətə düçar olub.

Beləliklə, yarımfinalda "Monako" bir gün əvvəl mərhələ adlayan "Strasburq"a, "Bordo" isə "Genqam"a rəqib olub.

 

Fransa Liqa Kuboku

1/4 final mərhələsi

"Monako" - "Renn" - 1:1

Roni Lopes, 55 - Buriqo, 30 (Penaltilərlə 8:7)

"Bordo" - "Havr" - 1:0

Kalu, 70

PSJ - Genqam - 1:2

Neymar, 63 - Nbakoto, 81 (pen.), Türam, 90+3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest