İspaniya Kral Kubokunun 1/8 final mərhələsində mübarizə davam edir. Matç.az saytının məlumatına görə, bu gün ilk oyunlar çərçivəsində daha 4 qarşılaşma keçirilib.
"Atletiko" səfərdə "Xirona" ilə qollu bərabərə qalıbsa, "Real" öz meydanında "Leqanes"ə böyük hesabla qalib gəlib.
Qeyd edək ki, cavab oyunları 15-17 yanvarda keçiriləcək.
İspaniya Kral Kuboku
1/8 final, ilk oyunlar
"Xirona" - "Atletiko" - 1:1
Lozano, 34 - Qrizmann, 9
"Xetafe" - "Valyadolid" - 1:0
Anxel, 90+2
"Vilyarreal" - "Espanyol" - 2:2
Ekambi, 85, Bakka, 89 - Darder, 15, Lopes, 71
"Real" - "Leqanes" - 3:0
Serxio Ramos, 44 (pen.), Lukas, 68, Viniçyus, 77