"Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakora yenidən Türkiyədə çıxış edə bilər. Matç.az saytı xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

ötən mövsümün sonunda "Adana Dəmirspor"dan transfer edilən Toqo millisinin üzvü bu dəfə digər aşağı liqa təmsilçisi "Dənizlispor"un diqqət mərkəzinə düşüb. Müdafiəçi və hücumçu transferini bitirən Dənizli klubu indi də vinger mövqeyinə oyunçu axtarır. "Xoruzlar" bu boşluğu məhz Atakora ilə doldurmaq niyyətindədi.

Həmkarlarımız "Dənizlispor" rəhbərliyinin 28 yaşlı oyunçu ilə təmasa keçdiyini iddia edib. Hətta Atakoranın da Türkiyəyə qayıtmağa isti yanaşdığı vurğulanıb. Bu səbəbdən türklər vaxt itirmədən "Qəbələ" rəhbərliyi ilə danışıqlara başlayıb. Yerli KİV-in iddiasına görə, danışıqlarda böyük yol qət edilib və bu keçid hər an reallaşa bilər.

Qeyd edək ki, Lalavele Atakora cari mövsümün əvvəlində "Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb. "Dənizlispor" onu transfer etmək üçün "qırmızı-qaralar"a təzminat ödəməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest