Premyer Liqada ikinci yarıya hazırlığını ölkə daxilində davam etdirən "Sumqayıt" yoxlama görüşü keçirəcək. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "gənclik şəhəri" təmsilçisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü sabah keçirəcək.

Ayxan Abbasov yetirmələrini I divizion təmsilçisi "Şüvəlan"la oyunda sınayacaq. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsi üçün yanvarın 13-də Türkiyəyə yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest