"Dənizlispor" rəhbərliyi "Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakora ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, aşağı liqa təmsilçisi toqolunun transferini təkzib edib.

Bununla bağlı açıqlama verən vitse-prezident Ali Fırat "Qəbələ"nin oyunçusunu almayacaqlarını söyləyib: "Transfer çalışmalarımız davam edir. Təcili gücləndirilməli olan mövqelərə oyunçular transfer etdik. Lalavele gündəmimizdə yoxdu. Bundan sonra cəmi 1 oyunçu alacağıq. Ancaq buna tələsmirik. Transfer qadağasının ləğvi üçün yanvarın 31-nə qədər vaxtımız var. Bunun üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, Lalavele Atakora "Qəbələ"yə mövsümün əvvəlində "Adana Dəmirspor"dan transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest